ABŞ Prezidenti Donald Trampın administrasiyası Dövlət Departamentinin və USAID-in 2026-cı maliyyə ili üçün birgə büdcəsini təxminən yarıya qədər azaltmağı planlaşdırır.
Tramp administrasiyasının Dövlət Departamentinin büdcəsini azaltmaq planı ABŞ-nin beynəlxalq təşkilatlarla, xüsusilə BMT və NATO ilə münasibətlərinə hansı təsirləri göstərə bilər?
Bununla bağlı Politoloq Zeynal Əmrəliyev Demokrat.az-a açıqlama verib.
O bildirib ki, Trampın həmin vəsaitləri azaltmağı planlaşdırması normal haldır:
“Donald Tramp prezident seçilməmişdən öncə bildirmişdi ki, ABŞ-da bəzi dövlət qurumlarına çoxlu sayda vəsait xərclənilir və həmin vəsaitlər azaldılacaq. Hətta işçilərin ixtisar məsələsi də gündəmə gəlmişdi. Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyinin Artırılması İdarəsi (DOGE) bu işə nəzarət edir. Müəyyən mənada həm dövlət departamenti, həm də başqa nazirliklərdə çalışan əməkdaşların sayını xeyrli dərəcədə azaldıb.
Həmçinin onlara ayrılan maliyyə vəsaitlərinin də kəsilməsi məsələsi gündəmdədir. USAID-in ümumiyyətlə, bir qurum olaraq varlığı ABŞ-da ciddi şəkildə müzakirə olunur. Eyni zamanda Dövlət Departamentinin müxtəlif xərcləmələri, keçirdiyi lahiyələr var ki, həmin lahiyələrin dayandırılması barəsində də fikir mübadilələri aparılır.
ABŞ-nın BMT və NATO ilə münasibətlərində də müəyyən qədər bu məsələyə fikir verəcəyi meydana çıxıb. Yəni BMT və NATO-ya ayrılan vəsaitlərin də nisbətən azaldılması məsələsi gündəmdədir. ABŞ-nın əsas istədiyi dövlət büdcəsinin daha səmərəli məsələlər üçün xərclənməsidir”.
Leyla Turan
Demokrat.az