
Azərbaycanda plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Səhiyyə Nazirliyi, Baş Prokurorluq, DİN və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası xüsusi siyahını açıqlayıb. Artıq rəsmi icazəsi olan 42 nəfərdən ibarət plastik cərrahların siyahısı məlumdur.
Demokrat.az Yenisabah.az-a istinadən xəbər verir ki, Xüsusi Təftiş Komissiyasının (XTK) açıqladığı siyahıdan əvvəl Azərbaycan ərazisində fəailiyyət göstərən cərrahlarla bağlı müxtəlif iddialar səsləndirilirdi.
Ötən ilin noyabrında ABŞ-də yaşayan keçmiş ANS əməkdaşı Qənirə Ataşova saxta yollarla plastik cərrahiyə şəhadətnaməsi alan bəzi estetik cərrahlarla bağlı siyahı dərc etmişdi.
Həmin siyahıda 49 adı qeyd olunmuşdu.
Hər iki - Qənirə Ataşova və XTK-nin siyahılarını qarşılaşdırdıqda məlum olur ki, plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında Qənirə Ataşovanın saxta şəhadətnaməyə sahib olduğunu iddia etdiyi həkimlərin heç birinin adı yoxdur.
Xatırladaq ki, aprelin 17-də Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislər bu şəxslərdir:
1 Abdullayev Elçin Nizami
2 Abbasova Aytən Namiq
3 Abdullayev Elvin Oruc
4 Axund-zadə İlyas Salavat
5 Cəlilova Günay Mustafa
6 Cümşüdov Adil Cümşüd
7 Əliyev Elman Sabir
8 Əliyev Mahir Mehdi
9 Əliyev Vəli Malik
10 Əliyev Abduləli Əlihüseyn
11 Ələkbərov Vüqar Əli
12 Əvəzzadə Elməddin Niyaz
13 Əhmədxanlı Nərmin Xanlar
14 Xankişiyev Röyal Xanlar
15 İsgəndərov Ramazan Musa
16 İbrahimova Sevinc Məmməd
17 Kərimov Rauf İskəndər
18 Kandal Sabahattin Yaser
19 Qasımov Tale Akif
20 Qasımov Bəxtiyar Əli
21 Qazıyeva Aygün Məmmədhəsən
22 Qafarov Məhəmməd Fətullah
23 Qələndərov Vaqif Məhərrəm
24 Quliyev Teymur Arif
25 Quliyeva Əsmər Məhərrəm
26 Məmmədov Tağı Əli
27 Məmmədov Elçin Vəli
28 Məmmədov Vasif Qabil
29 Məmmədov Dilqəm Telman
30 Musayeva Nəzmin Cavanşir
31 Nemətzadə Tale Əflatun
32 Namazəliyev Rauf Mətləb
33 Rəsulzadə Vüsal Əyyub
34 Rəsulov Teymuraz Namiq
35 Rüstəmov Nicat Cahid
36 Samadov İsmikhan Samad
37 Samin Sami Ulhak
38 Salmanov Araz İsax
39 Seyid Mircəfər Mirsəməd
40 Seyidli Mirfeyzulla Mirsəttar
41 Süleymanov Şamil Əhməd
42 Həsənov Nicat Bəxtiyar
Beləliklə, 42 cərrahdan ikisi Türkiyə, biri isə İran vətəndaşıdır.