Birinci Qarabağ müharibəsi şəhidi Hüseynov Ceyhun Tahir oğlunun şəhadətə ucalmasından 31 il ötür.
Demokrat.az xəbər verir ki, ailə üzvləri və yaxınları anım günündə şəhidin məzarını ziyarət edib, onun əziz xatirəsini anıblar.
Qeyd edək ki, Ceyhun Hüseynov 1975-ci ildə Ordubad rayonunun Gənzə kəndində anadan olub. O, 1991-ci ildə orta məktəbi bitirib. C.Hüseynov hələ o zaman Ordubad dağlarında - Ermənistanla sərhəddə qurulmuş döyüş postlarında könüllü xidmət edib. Daim ön xətdə olmağa can atıb.
Ceyhun Hüseynov hərbi xidmətini Qarabağda keçib. Döyüşlərdə yaralansa da, təkidlə yenidən döyüş bölgəsinə qayıdıb. O, 1994-cü il aprelin 17-də Talış kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanıb. O, döyüş meydanında yaralanan əsgər yoldaşını xilas etsə də, özü çoxlu qan itirməsi səbəbindən gözlərini həyata əbədi yumub.
Xatırladaq ki, Ceyhun Hüseynovun adını daşıyan qardaşı oğlu Hüseynov Ceyhun Tofiq oğlu 2024-cü il iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb. İyunun 11-də isə onun nəşi tapılıb.

Ceyhun Hüseynovun nəşi Ordubad rayonunun Gənzə kənd qəbiristanlığında, şəhid əmisinin yanında torpağa tapşırılıb.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!