Hacıqabulda “İcbari Tibbi Sığortanın tətbiqi” mövzusunda görüş keçirildi — FOTOLAR

SOSİAL 16 aprel 2025, 10:35
Hacıqabul rayonunda “İcbari Tibbi Sığortanın tətbiqi” mövzusunda maarifləndirici görüş keçirilmişdir. 

15 aprel 2025-ci il tarixində Hacıqabul şəhər 10 saylı tam orta məktəbdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “İcbari Tibbi Sığortanın tətbiqi” mövzusunda təhsil işçiləri ilə maarifləndirici görüş keçirilmişdir.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Şirvan filialının rəhbəri Ramin Hacıyev, Şirvan-Salyan Regional Təhsil idarəsinin Hacıqabul rayonu üzrə təhsil sektorunun müdiri Bəxtiyar Ələkbərov, Hacıqabul MRX Publik hüquqi şəxsin İnzibati məsələlər üzrə direktor müavini Məhəmməd Gözəlov və bir qrup təhsil işçisi iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan Hacıqabul MRX Publik hüquqi şəxsin İnzibati məsələlər üzrə direktor müavini Məhəmməd Gözəlov  İcbari tibbi sığortanın əhəmiyyətindən danışdı.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Şirvan filialının rəhbəri Ramin Hacıyev  İcbari tibbi sığorta haqqında ümumi məlumat verərək “İcbari tibbi sığorta haqları”,  “İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlər”, “Dövlət  və özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydası”, ”Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısı”, “Sağlam həyat tərzinin təbliği” və digər mövzularda çıxış etdi. Tədbirin sonunda İcbari tibbi sığortanın tətbiqi ilə bağlı təhsil işçilərinin sualları cavablandırıldı.








SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top