Bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilib

SİYASƏT 15 aprel 2025, 15:40
Bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilib.

Demokrat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna dəyişikliyi təsdiqləyib. 

Belə ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda onların qiymətləri, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq müəyyən ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top