Viktor Osimhen: "Qalatasaray" həmişəlik mənim qəlbimdə qalacaq

İDMAN 12 aprel 2025, 13:13
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen "Yuventus" və "Çelsi"nin ona olan marağı barədə xəbərləri şərh edib.

Oxu.Az bu barədə "Sabah"a istinadən xəbər verir.

"Mənim haqqımda həmişə şayiələr gəzir. Amma mən bu günlə yaşayıram, hazırkı anın zövqünü çıxarıram. Türkiyədəki azarkeşlər mənə inanılmaz dəstək göstəriblər. Onlar təkcə mənim yanımda deyil, həm də dostlarımın və ailəmin yanında olublar. Qərar qəbul ediləcək, amma "Qalatasaray" həmişəlik mənim qəlbimdə qalacaq", - deyə Osimhen bildirib.

26 yaşlı nigeriyalı "Qalatasaray"da "Napoli"dən icarə əsasında çıxış edir. Oyunçunun neapollularla mövcud müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub. Bu mövsüm Osimhen 29 qol vurub və altı məhsuldar ötürmə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 aprel 2025, 15:00
Top