Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti aprelin 12-də Misirə səfər edəcək.
Demokrat.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Fələstin hərəkatının nümayəndə heyətinə HƏMAS-ınQəzzadakı lideri Xəlil əl-Həyya rəhbərlik edəcək. Eyni zamanda, nə HƏMAS, nə də Misir tərəfi bu məlumatı təsdiqləməyib.
Martın sonunda HƏMAS-ın yüksək rütbəli rəsmisi Xəlil əl-Hayya Misir və Qətərin Qəzza zolağında döyüşləri dayandırmaq təklifini qəbul etdiyini bildirib.
Əfsanə Kamal Demokrat.az


