Bu icra başçıları əfv olunacaq? — AÇIQLAMA

SOSİAL 11 aprel 2025, 16:41
Mayda əfv sərəncamının imzalanması gözlənilir. Hazırda bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilir. Bəs əfv üçün müraciət edənlər arasında sabiq icra başçıları var?

Bu barədə Ajans.az-a danışan Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, bunlar konfidensial və şəxsi məlumatlar olduğu üçün açıqlamaq hüquqları yoxdur:

“Bizim hər hansı bir şəxsin müraciət edib-etməməsi ilə bağlı məlumat vermək hüququmuz yoxdur. Məlumatları yalnız həmin şəxslərin özləri və vəkilləri verə bilər. Bu, həm də etik qaydaların pozulmasıdır. Əfv Komissiyasının mandatı yalnız Prezidentin əfv hüququnu həyata keçirməsinə təşkilati, texniki dəstəyin verilməsidir. Yəni son qərarın Prezidentə aid olduğunu nəzərə alsaq, bizim hər hansı bir fikir söyləmək hüququmuz yoxdur”.  

Əliməmməd Nuriyev həmçinin qeyd edib ki, indiyə qədər Komissiyanın 5 iclası keçirilib və 500-dən çox müraciətə baxılıb. Rəylərin hazırlanması barədə qərarlar qəbul olunub, Prezidentə təqdim olunacaq.         

Qeyd edək ki, hazırda həbsdə olan İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev, Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev həbs müddətlərinin 5 ilini çəkiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top