Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuzda məktəblilərin zəhərlənməsi ilə bağlı məlumat yayıb.
İdarədən "Report"a bildirilib ki, aprelin 11-də Tovuz rayonu Rafael İsmayılov adına Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin 7-ci sinfində təhsil alan 18 şagirddən 5-nin halı 2-ci dərs başlayan zaman pisləşib.
Məktəbə təcili tibbi yardım çağırılıb və şagirdlər xəstəxanaya aparılıb. Onların səhhəti regional təhsil idarəsi və məktəb rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.
11:01
Tovuzda zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edən şagirdlərin adları məlum olub.
Demokrat.az “Report”a istinadən xəbər verir ki, bunlar 2011-ci il təvəllüdlü S.Eyyubova, 2012-ci il təvəllüdlü A.Məmmədəliyeva, 2011-ci il təvəllüdlü M.Həsənova, 2012-ci il təvəllüdlü B.Ələkbərzadə və 2012-ci il təvəllüdlü L.Quliyevadır.
Onların sobadan çıxan tüstüdən zəhərləndikləri ehtimal edilir.
***10:44
Tovuz rayonunda məktəblilər zəhərlənib.
Demokrat.az xəbər verir ki, hadisə Düz Cırdaxan kənd tam orta məktəbində qeydə alınıb.
Belə ki, beş şagird zəhərlənmə diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.