Xəbər verdiyimiz kimi, "Embawood” şirkəti dünən Bakının mərkəzində baş verən dəhşətli qəzanın görüntüsündən öz reklamı üçün istifadə edib.
Demokrat.az xəbər verir ki, şirkət Bakının Heydər Əliyev prospektində baş verən dəhşətli qəzadan foto paylaşıb və bu sözləri yazıb:
"Belə sürətlə, həm də təhlükəsiz – sifarişiniz ən qısa zamanda qapınızda!”.
Maraqlıdır ki, "Embawood” şirkəti qəzaya düşən "BYD” markalı taksiyə öz loqosunu yerləşdirib.
Bu azmış kimi həmin foto "Embawood”un "facebook” səhifəsində sponsorlu reklama da çıxarılıb.
Həmin posta gələn şərhlərdə isə mütləq əksəriyyət şirkəti kəskin tənqid edib.
Bu paylaşıma məşhurlar da biganə qalmayıb.
Xalq artisti Faiq Ağayev postun şərhinə yazıb: "Embawood, çox ayıb”.
Tanınmış jurnalist Əzizə İsmayılova yazıb:
"Bu boyda şirkətsiniz, özünüzə yaraşdırdığınıza baxın. Bir insan faciəsi üzərindən özünüzü necə reklam edə bilərsiniz?
Heçmi sayğınız yoxdur şirkətinizin adına, rəhbərinə, imicinə?
Bunu düşünən, hazırlayan və paylaşılmasına OK verən əməkdaşlarınız bir gün sizə eyni faciəni daha qorxunc şəkildə yaşadacaqlar.
Bu cür zehniyyətlə eyni havanı udmaq qorxuncdur, o ki qala kimsə sizdən məhsul alıb məmnun qala”.
Rəhim Qarayev isə yazıb: "Mebellərin keyfiyyəti də yumorunuz kimidi?”
Qeyd edək ki, mövzu ilə bağlı sosial mediada xeyli status yazılıb və çoxluq şirkətin marketinq menecerini kəskin şəkildə tənqid edib. (Azxeber.com)
***10.04.2025 23:35
Xəbər verdiyimiz kimi, bu gün Bakıda “BYD” markalı avtomobil Ələsgər Qayıbov küçəsindən sürətlə hərəkət edərək Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb.
“Qafqazinfo”nun məlumatına görə, gündəmi zəbt edən hadisədə xoşbəxtlikdən insan təlafatı olmasa da, bir sıra müzakirələrə səbəb olub.
“Embawood” şirkəti belə bədbəxt hadisədən özünə reklam qazanmağa çalışıb. Belə ki, mebel satışı ilə məşğul olan şirkət qəzadan görüntüləri montaj edərək “Belə sürətlə, həm də təhlükəsiz - sifarişini ən qısa zamanda qapınızda!” başlığı ilə paylaşıb.
“Embawood”un bu paylaşımı sosial şəbəkələrdə etirazla qarşılanıb və ciddi şəkildə tənqid olunub. Tənqidlərdən sonra paylaşım şirkətin sosial media hesabından silinib.