"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (ADY) İsveçrənin son texnologiyaları əsasında istehsal olunmuş, ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarına ziyan vuran iribuynuzlu heyvanın sahibini cərimə etdirib.
Demokrat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bir neçə ay əvvəl Ağstafa-Bakı marşrutu ilə hərəkət edən "Azərbaycan Dəmir Yolları"na məxsus DŞİ-001 nömrəli, 731 saylı sürətli sərnişin qatarı Zazalı-Dəliməmmədli mənzilinin 349-cu km-də hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvan çıxıb. Maşinist təcili tormozlama etsə də, qatarı tam olaraq dayandıra bilməyib və inəyi vurub.
Nəticədə qatarın ön və yan hissəsi zədələnib, ADY-yə 8089,83 manat məbləğində maddi ziyan dəyib.
Aparılan araşdırma zamanı hadisəyə səbəb olan iribuynuzlu heyvanın sahibinin C.M. olması müəyyən edilib. Fermer izahatında hadisənin onun səhlənkarlığı ucbatından baş verdiyini etiraf edib. Amma ADY-yə dəyən zərəri ödəmək üçün maddi imkanı olmadığını bildirib.
Məhkəmə C.M.-dan 8190,83 tutularaq QSC-yə ödənilməsi barədə qərar qəbul edib.