Ekspert: Hər bir şəxs fövqaladə hadisə zamanı davranış qaydalarını bilməlidir

GÜNDƏM 18 aprel 2025, 12:29
Bir neçə gündür ki ölkə ərazisində güclü yağış və küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti hökm sürür. Belə havalarda təhlükəsizliyimizi necə qoruya bilərik?

Bununla bağlı  təhlükəsizlik eksperti Elmar Nurəliyev Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, insanlar fövqəladə hadisələr zamanı davranış qaydalarını bilməlidirlər:

“İlkin məlumatların olması bu cür hadisələr zamanı olduqca vacibdir. Birinci növbədə vətəndaşlar müvafiq qurumların məlumatlarını dinləsinlər və təlimatlara ciddi riayət etsinlər. Lüzum yoxdursa, hər hansı bir səfərləri, gedəcək yerləri təxirə salmaq daha yaxşı olar. Bu kimi hallardan qorunmaq üçün insanlar yaşadığı yerin xarakteristikasına, yəni hansı təhlükə riskləri ola bilər, bununla bağlı öncədən məlumatda olmalıdırlar. Bütün təhlükə risklərinə qarşı öncədən də özlərinin hazırlıq planı olmalıdır. Əgər təhlükənin ciddiliyi daha da artarsa, vaxtında evakuasiya olunması üçün müvafiq qurumlara məlumat verilməlidir. Hər bir vətəndaş, hər bir şəxs ümumiyyətlə fövqaladə hadisə zamanı davranış qaydalarını bilməlidir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 aprel 2025, 13:21
19 aprel 2025, 13:00
Top