Bu gün Dövlət Gömrük Komitəsinin və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Rəqəmsal gömrük və media” mövzusunda seminar keçirilir.
Demokrat.az xəbər verir ki, seminarın açılışı hər iki qurumun rəhbərliyi tərəfindən həyata keçirilib.
Dövlət Gömrük Xidmətinin əməkdaşları media nümayəndələrinə bir çox mövzu haqqında təqdimatla birlikdə məlumat veriblər.
Seminar zamanı şəxslərin sərhədkeçmə prosesləri, elektron ticarət, yüngül minik nəqliyyat vasitələrinin idxalı, gömrük orqanlarının fiskal fəaliyyəti, hüquqpozmalarla mübarizə haqqında media nümayəndələrinə məlumat verilib.
Seminarın sonunda iki qurumun rəhbərliyi tərəfindən media nümayəndələrinə sertifikatlar təqdim ediləcək.
Əfsanə Kamal
Demokrat.az