Gündəm

Bu məhsulların gətirilməsinə gömrük tərəfindən güzəşt edilir — AÇIQLAMA

Bu məhsulların gətirilməsinə gömrük tərəfindən güzəşt edilir — AÇIQLAMA

Fiziki şəxslərə aid olan bəzi məhsulların gömrükdən keçirilməsi ilə bağlı güzətlər tətbiq edilir.

Demokrat.az xəbər verir ki, bu barədə Gömrük İnzibatçılığı Baş İdarəsindən İlkin Hüseynzadə açıqlamasında bildirib.

Həmin əşyalar aşağıdakılardır:

1,5 litr alkoqollu içki 2 litr energetik içki 200 ədəd siqaret 20 ədəd siqarella,10 ədəd siqar, 3 ədəd birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri 100 ədəd arışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tütün və ya bərpa edilən tütün olan məhsullar 50 millilitr elektron siqaret üçün maye, 20 qram qızıl, ondan alınan zərgərlik və digər məişət məmulatları 0,5 karat emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz.

Qeyd edək ki, bu gün Dövlət Gömrük Komitəsinin və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Rəqəmsal gömrük və media” mövzusunda seminar keçirilir.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova