Sabirabadda güclü yanğın: Bir ailənin altı üzvü xəsarət aldı

HADİSƏ 10 aprel 2025, 08:52
Sabirabadda yaşayış evinin yanması nəticəsində bir ailənin 6 üzvü yanıq xəsarəti alıb.

Demokrat.az  APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Bala Həşimxanlı kəndində qeydə alınıb.

Məmmədovlar ailəsinə məxsus fərdi yaşayış evinin yanması nəticəsində 1991-ci il təvəllüdlü Həmidə Heydər qızı Məmmədli, 2012-ci il təvəllüdlü Yasəmən Xalid qızı Məmmədli (vəziyyəti ağırdır), 2013-cü il Nərmin Xalid qızı Məmmədova, 2015-ci il təvəllüdlü Nihad Xalid oğlu Məmmədov, 2022-ci il təvəllüdlü Riyad Xalid oğlu Məmmədov və 1987-ci il təvəllüdlü Xalid Ələddin oğlu Məmmədov müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Sabirabad rayonunun Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən briqadası hadisə yerinə cəlb olunub və yanğın söndürülüb.

Qeyd edək ki, hadisə nəticəsində 160 kvadratmetrlik ev əşyaları ilə birlikdə yanıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top