Mayın 1-dən Bakı-Tiflis qatarı fəaliyyətə başlayacaq?

GÜNDƏM 10 aprel 2025, 00:07
"Mayın 1-dən Bakı-Tiflis dəmir yol qatarının ikitərəfli gediş-gəlişi ilə bağlı məsələ gündəmdədir. Hər iki tərəfin hökumət nümayəndələri bununla bağlı öz mövqelərini bildiriblər və yolun açılacağı gözlənilir".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. 

Deputat bildirib ki, bu bütövlükdə quru sərhədlərin açılması demək deyil:
 



"Quru sərhədlərin açılması üçün həmin sərhədlərdən avtomobil yolu ilə sərnişinlərin keçməsinə şərait yaradılmalıdır ki, bununla bağlı hələ konkret mövqe yoxdur. Mövqe əslində ondan ibarətdir ki, hələlik quru səhədlər bağlı qalsın və bu müddət də iyul ayının 1-nə kimi uzadılıb".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 aprel 2025, 20:33
16 aprel 2025, 19:22
Top