Kompensasiyaların verilməsinin son müddəti açıqlandı

SOSİAL 09 aprel 2025, 20:40
Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Amrahbank”, “AGBank”, “Atabank” və “NBC Bank” ASC-lərdə qorunan əmanətlər üzrə fiziki şəxslərə (sahibkarlar istisna olmaqla) kompensasiyaların verilməsinin son müddətləri barədə bildiriş yayıb.

ADIF-dan Demokrat.az-a verilən məlumata görə, LPO “Atabank” ASC və “Amrahbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların verilməsi və ya kompensasiya vəsaitləri ilə öhdəliklərinin əvəzləşdirilməsi 8 may 2025-ci il tarixdə, LPO “NBC Bank” ASC və “AGBank” ASC-də isə bu müddət 17 may 2025-ci tarixdə bitir.

Həmin tarixdən sonra məbləğ “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1.8-ci maddəsinə əsasən sonuncu növbə üzrə təminatsız kreditor tələbi kimi qeydə alınacaq.

Qeyd edilən müddət və tarixləri nəzərə alaraq LPO “Amrahbank”, “AGBank”, “Atabank” və “NBC Bank” ASC-lərdə bugünədək qorunan əmanətlər üzrə kompensasiya almayan şəxslərə onların vaxtında müraciət etməsini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlərlə birlikdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 ünvanında yerləşən Əmanətlərin Sığortalanması Fonduna müraciət etmələri tövsiyə olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top