Deputatdan Elşad Mirinin fikirlərinə SƏRT REAKSİYA

GÜNDƏM 09 aprel 2025, 13:49
Tanınmış ilahiyyatçı Elşad Mirinin sünnətlə bağlı açıqlaması qalmaqal yaradıb. Belə ki, onun “Qurani-kərim”də oğlan uşaqlarının sünnət edilməsi məsələsi yoxdur” fikri geniş müzakirələrə yol açıb. 

İlahiyyatçı İslamın mənbəyinin “Qurani-kərim” kitabı olduğunu və Allahın öz kitabında sünnətlə bağlı heç nə bildirmədiyini deyib. Lakin bir çox din xadimləri, eləcə də cəmiyyətin əksər hissəsi Elşad Mirinin fikirləri ilə razılaşmayaraq, onu tənqid atəşinə tutub.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, bu cür açıqamalar verilərkən hər kəs diqqətli olmalıdır:

“Yəni bu fikirlər ilk dəfə deyil səsləndirilir. İslam dünyasında bu cür fikirləri müxtəlif şəxslər zaman-zaman səsləndiriblər. Ona görə bu, tam yenilik deyil. Bir sıra hallarda da bu, daha çox populist xarakter daşıyan bir çıxışdır. 

Hər kəs bilməlidir ki, İslamın bütün hökümləri yalnız “Qurani-kərim”də deyil, hədislərdə də öz əksinə tapıb. “Qurani-kərim” ümumi kitabdır, ümumi göstəriş və təlimləri əhatə edir. Onların şərhi, digər məsələlər isə hədislərdə əksini tapıbdır. Ona görə burada məsələyə bu cür yanaşmanı doğru hesab etmirəm. “Qurani-kərim”də deyilir ki, namaz qılın, amma namaz təfsilatlı şəkildə hədislərdə öz əksini tapıb. Yəni İslamın bir neçə mənbəyi var. O mənbələrdən biri “Qurani-kərim”dir, digər isə hədislərdir, sonra müştəhidlərin fikirləridir”.

Deputat deyib ki, bu cür fikirlərlə insanların fikirini çaşdırmaq yanlışdır:

“Açıqlamalarımızı cəmiyyətin diqqətini çəkmək xatirinə verməli deyilik. Biz açıqlamaları dinimizin şərtlərinə və tələblərinə əsasən verməliyik. Ona görə düşünürəm ki, bütün ilahiyyatçılar açıqlama verərkən diqqətli olsunlar. 

Daha çox insanların diqqətini çəkmək yox, Allahın bizə buyurduğu formada məsələlərə münasibət bildirməyə üstünlük versinlər”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top