“O, əsl axmaqdır” — Mask

DÜNYA 09 aprel 2025, 00:26
ABŞ-li milyarder, Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ prezidentinin ticarət və istehsalat üzrə müşaviri Piter Navarronu axmaq adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

“Navarro əsl axmaqdır. Onun dedikləri açıq-aydın yalandır. “Tesla” avtomobillərindəki Amerika komponentlərinin payı bazarda ən böyükdür. Navarro bir kisə kərpicdən daha axmaqdır”, - Mask bildirib.

Milyarder Navarronun “Tesla” şirkətinin elektrik avtomobilləri üçün komponentlərin əhəmiyyətli hissəsini xarici təchizatçılardan alması ilə bağlı açıqlamasını belə şərh edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top