"Heç kimin nazını çəkən deyiləm" — Mətanətdən xəbərdarlıq

ŞOU-BİZNES 08 aprel 2025, 21:32

Aparıcı Mətanət Əliverdiyeva proqramına gələn qonaqlara xəbərdarlıq edib.

Axşam.az xəbər verir ki, o, "Xəzər axşamı" verilişinə gələnlərin artıq nazı ilə oynamayacağını bildirib:

"Ay özünü dartanlar, məni də ana dünyaya gətirib, sizi də. Ola bilər ki, siz bahalı geyinirsiniz, mən ucuz şey geyinirəm. Bunun heç bir aidiyyatı yoxdur. Siz min hoqqadan çıxırsınız, mən isə heç bir hoqqadan çıxmıram. Ona görə də özünüzü dartmayın. Özümə söz vermişəm, burada kim özünü dartarsa, sizə "yaxşı yol" deyəcəyəm. Heç kimin nazını çəkən deyiləm. Mən sizə necə hörmət qoyuramsa, siz də bizim verilişimizə və komandamıza hörmət qoymalısınız".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top