Bakıda ər arvadına şiddət göstərdi

KRİMİNAL 08 aprel 2025, 20:39
Bakının Nizami rayonunda ər-arvad arasında mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, İmişli rayon sakini, 1990-cı il təvəllüdlü İlqar qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Südabəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Hadisə bu ilin yanvarın 20-də saat 23:20-də  Nizami rayonu Cəmşid Naxçıvanski küçəsindəki binalardan birinin blokunun qarşısında baş verib. 

İlqar orada faktiki birgə yaşamadığı arvadı Südabənin başqa kişilərlə münasibətdə olmasını qəbul etməməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı onun sifət və baş nahiyələrinə yumruqla vurub. Arvadına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən İlqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində arvadı ilə barışdığını, arvadının ondan şikayətçi olmadığını göstərib. 

Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən İlqarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top