Azarkeşi vurmaq istədi, AFFA bağışlamadı

İDMAN 08 aprel 2025, 18:00
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Demokrat.az
xəbər verir ki, iclasda Premyer Liqanın 29-cu turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:

"Səbail” – “Turan Tovuz” oyunu bitdikdən sonra qonaqların 77 nömrəli futbolçusu Veysəl Rzayev azarkeşi vurmağa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalandırılıb. “Turan Tovuz” 2000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

“Sabah” – “Kəpəz” oyunu bitdikdən sonra “Kəpəz”in azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klubu 1500 manat cərimələnib.

“Araz-Naxçıvan” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Sumqayıt” 1000 manat cərimə edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 aprel 2025, 23:50
16 aprel 2025, 22:59
Top