Daha bir güləşçimiz Avropa çempionu oldu

İDMAN 14 aprel 2025, 09:01
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Demokrat.az xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançı finalda bolqarıstanlı Əbu Müslim Amayev ilə qarşılaşıb.

Güləşçimiz 7:1 hesabı ilə rəqibinə qalib gələrək üçqat Avropa çempionu olub.

Xatırladaq ki, daha öncə yunan-Roma güləşçimiz Nihat Məmmədli də Avropa çempionu olub. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top