Azərbaycan Dəmir Yolları QSC vətəndaşlara xəbərdarlıq edib.
Bu barədə Demokrat.az-a ADY-dən bildirilib.
Qurum bir daha xatırladır ki, qatara daş atanlar qanun qarşısında məsuliyyət daşıyırlar.
"Bu ilin ilk 3 ayında ADY-yə məxsus hərəkətdə olan qatarlara 11 dəfə daş atılıb. Nəticədə:
- qatarın pəncərəsi zədələnib;
- sərnişinlərin və qatar heyətinin həyatına təhlükə yaranıb;
- bir çox hallarda qatar təcili tormozlama etdiyi üçün qrafikdə gecikmələr yaranıb.
Əksər hallarda qatara daş atan azyaşlıların valideynləri tapılaraq vurulan zərərin qarşılığında cərimələniblər. ADY dəmir yolu xətti ətrafında yaşayan sakinləri təhlükəsizliyə əməl etməyə, valideynləri övladlarını bu barədə maarifləndirməyə və bu cür qanunsuz hərəkətlərdən yayındırmağa çağırır", deyə ADY-dən bildirilib.