Dövlət Gömrük Komitəsinin məlumatına görə 2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan 36 101 ton pomidor ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 952 ton və ya 12,3 faiz çoxdur.
Lakin ixracın dəyərində azalma müşahidə olunub.
Belə ki, 2025-ci ildə pomidor ixracından ölkəyə daxil olan valyuta 44,6 milyon dollar təşkil edib, bu isə 2024-cü ilin müvafiq göstəricisi olan 45 milyon dollarla müqayisədə 471 min dollar və ya 1 faiz azdır.
Həm ixrac həcminin artması, həm də gəlirin azalması fonunda 1 kiloqram pomidorun ixrac qiyməti də aşağı düşüb. 2024-cü ilin ilk üç ayında 1 kiloqram pomidor 2 manat 38 qəpikə ixrac olunurdusa, 2025-ci ildə bu göstərici 2 manat 10 qəpik olub. Beləliklə, orta ixrac qiyməti 28 qəpik və ya 11,9 faiz azalıb.
Bu il ümumi ixracın 0,70%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 5,77%-i pomidorun payına düşüb.
Daxili bazarda 5-6 manata satılan pomidor xaricə niyə 2 dəfə ucuz təklif olunur?
Mövzu ilə Bizim.Media-ya bağlı danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, pomidorun gömrükdə bəyan edilən dəyəri rəsmiləşdirilmiş qiymətdir:
“Yəni Azərbaycandan çıxarılarkən pomidorun qiyməti belə olub. Aparıldığı ünvanda pomidorun neçəyə satılacağı ilə bağlı məlumat verilmir. Məsələn Bakıda pomidorun kiloqramı 5 manatadır. Bu da təxminən 3 dollar deməkdir. 3 dollar da 240-250 rubl edir.
Nəzərə alaq ki, Rusiyanın mərkəzi şəhərlərində pomidorun kiloqramı 450-500 rubla satılır. Yəni gömrükdəki rəsmiləşdirilən qiymət bazardakı qiymət deyil. Bazara çıxarılanda qiymətlər 2-3 dəfə bahalaşır. Ona görə hesab etmirəm ki, pomidoru xaricə daha ucuz qiymətə satırlar. Burada qəliz mexanizmlər işləyir”