
Sevindirən dəyişikliklər bəzən sadəcə ağıldan keçirməklə başlayır. "Kontakt" da bu dəfə fikir oxuyan kampaniya ilə çıxış edir və 50%-dək endirimlə bütün "kaş"ları gerçəyə çevirir.
Yəni, uzun zamandır alıb-almamaq arasında qaldığınız, amma ağlınızdan da çıxmayan o ən yeni seriya smartfon, soyuducu, paltaryuyan və ya ağıllı saat indi daha sərfəli - nağd alışda 50%-dək endirimli qiymətlərlə əlinizin altındadır.
Üstəlik, endirim sadəcə bir-iki məhsulla məhdudlaşmır - smartfonlardan tutmuş məişət texnikasına, mebeldən ev tekstilinə qədər bir çox - bütün məhsul kateqoriyalarını əhatə edir. Başqa sözlə, bu endirim kampaniyasında bir evin bütün ehtiyacları düşünülüb.
Gəlin, həmin müxtəlif növ məhsulların bəziləri ilə tanış olaq:
- 256 Gb-lıq "Oppo A40M" smartfonunu 550 yox, 450 manata;
- 127 sm diaqonallı, 4K görüntülü "Hisense" televizorunu 1050 yox, 750 manata;
- 205 lt həcmə malik "Hoffmann" soyuducusu 600 yox, 400 manata;
- 20-30 kvadratmetri əhatə edən "Hisense" kondisionerini 1000 yox, 600 manata;
- Paslanmaz poladdan 7 parçadan ibarət "Schafer" qazan dəstini 400 yox, 180 manata almaq mümkündür.
Bu və daha çox belə endirimlər isə 27 aprel tarixinədək qüvvədədir. Odur ki, ağlınızdan keçənlərin gerçək olması üçün "Kontakt" mağazasına və ya kontakt.az saytına daxil ola bilərsiniz.