İşlədiyi bağçada intihar etdi

KRİMİNAL 08 aprel 2025, 16:40
Bakıda intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən axşam saatlarında Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 9 saylı uşaq bağçasında qeydə alınıb.

Belə ki, bağçada fəhlə işləyən 1981-ci il təvəllüdlü Cəlal Musayev müəssisənin qazanxanasında özünü asıb.

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top