Çoxuşaqlı ailələrlə bağlı təklif — Deputatdan AÇIQLAMA

GÜNDƏM 08 aprel 2025, 13:51
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov komitənin bugünkü iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib ki, qadınların pensiyaya çıxması qaydasının uşaqların sayına görə müəyyənləşdirilsin. Çoxuşaqlı ailələrdə valideynlərin pensiyaya tez çıxmaq müddəti uşaqların sayına uyğun müəyyənləşdirilməlidir.

Bununla bağlı millət vəkili Fazil Mustafa Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, bu təklifdir və bu təklifləri də müzakirə etmək lazımdır:

“Bunun nə dərəcədə faydalı olduğunu yaxud da uyğun təklif olduğunu söyləməkdə çətinlik çəkirəm. Vüqar Bayramov çox ciddi iqtisadçıdır. Bunu hesablayaraq belə bir təklif irəli sürübdür. Ona görə də hesab edirəm ki, bu məsələ hər halda müzakirə layiq məsələdir. Bu kimi təkliflərin səslənməsi faydalıdır. Müəyyən dərəcədə insanlar artıq bu istiqamətdə öz fikirlərin səsləndirib optimal yolun tapılmasına çalışmalıdırlar”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 aprel 2025, 23:50
16 aprel 2025, 22:59
Top