"Bir balaca ehtiyac yaranan kimi qiymətləri bahalaşdırmaq bizdə xüsusi ənənə halını alıb. Vətəndaş mövqeyini nəzərə alaraq bu vəziyyətdən çıxmaq lazımdır. Hər zaman hər kəs öz maraqlarını düşündüyü üçün fürsətdən istifadə edirlər. Bütün buna oxşar vəziyyətlərdə eyni hallar baş verir".
Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.
"Müvəqqəti olaraq bir neçə saatlıq yaranan vəziyyətdə qiymətləri qaldırmaq insanları təhqir etməkdir. Ümumi problemlərdə insanlar bir-birinə dəstək olub vəziyyətdən çıxmaq əvəzinə, daha da problem yaradırlar. Bu hal sosial durumu zəif olan insanları çətin vəziyyətdə qoymaq deməkdir. Bu, qəbuledilməz ictimai vəziyyətdir. Təəssüf ki, bunu tənzimləmək mümkün deyil. Azad bazar iqtisadiyyatı olduğu üçün hər kəs istədiyi qiyməti müəyyən edir. Məsələ insanların vicdanına qalır. Belə cəmiyyətləri sağlam cəmiyyət adlandırmaq olmaz. İnsanın əsl düşüncələri çətin anlarda ortaya çıxır. Geniş mənada götürdükdə isə cəmiyyətin də necə olması belə anlarda bəlli olur. Təəssüf ki, nə zamana qədər ki, belə hallar olacaq, biz sağlam cəmiyyət ola bilməyəcəyik".
Qeyd edək ki, bu gün güclü yağış səbəbindən taksi qiymətlərində artım müşahidə olunur.
Əfsanə Kamal
Demokrat.az