Bakı-Quba yolunu su basdı, maşınlar ödənişli yola yönləndirildi — VİDEO

GÜNDƏM 16 aprel 2025, 17:51
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 73-cü kilometrliyində leysan xarakterli yağış səbəbindən acınacaqlı vəziyyət yaranıb. 

Demokrat.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Yağan yağış yolda avtomobillərə çətinlik yaradıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, həmin ərazidə nəqliyyatın axını ödənişli yola yönəldilib: “Hazırda ölkə ərazisində leysan xarakterli yağan yağış səbəbindən dağlıq ərazidən axıb gələn su kütləsi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobili yolunun 73-cü kilometrliyində yolun bir hissəsini su basıb. Bununla əlaqədar olaraq hər iki istiqamətdə nəqliyyatın hərəkəti qısa müddətdə məhdudlaşdırılıb.

Həmin ərazidə nəqliyyatın axını ödənişli yola yönəldilib. Hazırda əraziyə aidiyyəti qurumlarla birgə texnikalar cəlb olunub. Yol Patrul Xidmətinin əməkdaşları ilə birgə hərəkətin tənzinlənməsi istiqamətində zəruri tədbirlər görülür”.

Sözügedən görüntüləri təqdim edirik:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top