"Neftçi" "Şamaxı"ya, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı

İDMAN 07 aprel 2025, 09:16
Misli Premyer Liqasında 29-cu tura bu gün yekun vurulacaq.

Demokrat.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.

Məlumata görə, əvvəlcə "Neftçi" "Şamaxı"nın qonağı olacaq. Komandaların ilk 3 dövrədəki oyunlarında iki heç-heçə (0:0, 2:2) qeydə alınıb. Bir oyunda isə "Neftçi" qalib gəlib - 1:0.

Günün digər matçında "Araz-Naxçıvan" "Sumqayıt"ı qəbul edəcək. Komandaların əvvəlki dövrələrdəki iki oyununda "Araz-Naxçıvan" qalib gəlib. Bir oyunda isə heç-heçə qeydə alınıb.

7 aprel (bazar ertəsi)

15:30. "Şamaxı" - "Neftçi"

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev

VAR: Rəvan Həmzəzadə

AVAR: Kamran Bayramov

Şamaxı şəhər stadionu

18:00. "Araz-Naxçıvan"- "Sumqayıt"

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov

VAR: Nicat İsmayıllı

AVAR: Cəmil Quliyev

"Liv Bona Dea Arena"

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 aprel 2025, 21:55
07 aprel 2025, 21:14
Top