Bu gün "Qarabağ" "Zirə" ilə qarşılaşacaq

İDMAN 06 aprel 2025, 10:53
Bu gün Misli Premyer Liqasının XXIX turunda "Qarabağ" "Zirə" ilə qarşılaşacaq.

Demokrat.az
xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 19:30-da başlayacaq.

Ağdam təmsilçisi 67 xalla turnir cədvəlinə başçılıq edir. 55 xala malik "Zirə" ikinci yerdədir.

Turun digər matçında "Sabah" "Kəpəz"i sınağa çəkəcək. Saat 17:00-da start götürəcək görüş "Bank Respublika Arena" da keçiriləcək.

Paytaxt təmsilçisi 36 xalla turnir cədvəlində beşinci sırada qərarlaşıb. 24 xalı olan gəncəlilər doqquzuncu pillədə yer alıblar.

Qeyd edək ki, turun açılış qarşılaşmasında "Səbail" doğma meydanda "Turan Tovuz"la qolsuz heç-heçəyə razılaşıb.

Misli Premyer Liqası

IV dövrə, XXIX tur

6 aprel

17:00. "Sabah" - "Kəpəz"

Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.
VAR: Nicat İsmayıllı.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
"Bank Respublika Arena"

19:30. "Qarabağ" - "Zirə"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tofiq Bəhramov adına Respublika stadionu

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top