Türkiyənin tanınmış aktyoru Ahmet Levendoğlu 80 yaşında vəfat edib.
Demokrat.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə onun sənət dostu Yıldırım Şahinler məlumat yayıb.
Aktyorun hansı səbəbdən öldüyü bəlli deyil. O, aprelin 8-də dəfn olunacaq.
Qeyd edək ki, A.Levendolu “Min bir gecə”, “Kiçik qadınlar”, “Qara çörək” kimi teleseriallarda rol alıb.
Ahmet Levendoğlu kimdir?
Müəllimlikdən aktyorluq və rejissorluğa, teatr idarəçiliyindən tərcüməçiliyə və jurnal yazarlığına qədər həyat yolu keçən Levendoğlu Robert Kollecini bitirib. Kollecdə oxuduğu illərdə topladığı təcrübə onu İngiltərənin Kral Dramatik İncəsənət Akademiyasına təqaüd alan bir tələbə kimi aparıb. Bu, həm də Türkiyə hökumətinin xaricdə teatr təhsili alan tələbəyə verdiyi ilk təqaüd olub.
O, teatr karyerasına Londonda başlayıb. İngiltərənin aparıcı şəhər teatrlarından biri olan Exeterdəki Northcott Teatrında bir mövsüm çalışıb.
Levendoğlu ilk dəfə Türkiyədə Gen-Ar Teatrında səhnəyə çıxıb. 1971-1976-cı illərdə Ankara Dövlət Teatrında aktyor kimi çalışıb. 1978-1980-ci illərdə qurulduğu dövrdə rejissor köməkçisi olaraq çalışdığı İstanbul Dövlət Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərib.