Bazarda mübahisə qanla bitdi

HADİSƏ 06 aprel 2025, 14:48
Biləsuvar rayonunda bıçaqlanma olub.

Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən Biləsuvar bazarında baş verib.

Belə ki, bazarda baytarlıq apteki olan 45 yaşlı İkram Babayev təsərrüfat malları satışı ilə məşğul olan həmyerlisi, 2003-cü il təvəllüdlü Samir Abbaszadəyə bıçaqla xəsarət yetirib.

Məlumata görə, onların arasında yaranan mübahisə telefonla bağlı olub. Belə ki, İkram Samiri onu telofonla izləməkdə günahlandırıb. Onların arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

Ticarət mərkəzində işləyənlərin sözlərinə görə, hər iki şəxsin münasibətləri yaxşı olub.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan, bir bıcaq xəsarəti alan yaralının həyatı təhlükəsi yoxdur.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən İkram Babayev saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top