Gəncədə ağır qəza: Ata öldü, övladı yaralandı

HADİSƏ 04 aprel 2025, 12:42
Gəncədə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 3-ü, saat 23:40-da üç nəfər (bir kişi cinsli, iki qadın cinsli) təcili tibbi yardım avtomobili ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrinə hospitalizasiya olunub.

"2006-cı il təvəllüdlü şəxs (qadın cinsli) Akademik Z.Məmmədov adına xəstəxanaya hospitalizasiya olunub. Ona başın çapılmış yarası diaqnozu təyin edilib və zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

İki nəfər isə Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 1999-cu il təvəllüdlü şəxsə (qadın cinsli) sağ göz altının hematoması diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərilən pasiyentin vəziyyəti stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Alın nahiyəsinin çapılmış yarası diaqnozu təyin edilən 1993-cü il təvəllüdlü şəxsə (kişi cinsli) də zəruri tibbi yardım göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top