Trampdan "TikTok"la bağlı sərt AÇIQLAMA: "Son 5 gün qaldı"

DÜNYA 01 aprel 2025, 09:10
Çinin "ByteDance" şirkətinə məxsus "TikTok"un ABŞ seqmentinin satışı ilə bağlı sövdələşmə bu həftə bağlanacaq.

Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, proses aprelin 5-dək yekunlaşacaq.

"Bizim çoxlu potensial alıcılarımız var. "TikTok"a böyük maraq var", - dövlət başçısı əlavə edib.

O, ölkədə bu xidmətin bloklanılmaması üçün satılmasının zəruri olduğunu vurğulayıb.

Xatırladaq ki, yanvarın 19-da ABŞ-də "ByteDance"dan "TikTok"un ölkədəki seqmentini satmağı tələb edən qanun qüvvəyə minib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top