Tramp tezliklə Putinlə DANIŞACAQ

DÜNYA 30 mart 2025, 20:37
ABŞ prezidenti Donald Tramp yaxın günlərdə rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırdığını bildirib.

Demokrat.az
xəbər verir ki, bu barədə o, “NBC News” telekanalına müsahibəsində deyib.

“Bu həftə yenidən danışmağı planlaşdırırıq”, - deyə o bildirib. ABŞ-da təqvim həftəsi bazar günü başlayır.

Qeyd edək ki, martın 18-də Rusiya və ABŞ prezidentləri arasında bu il ikinci telefon danışığı baş tutub. Onlar Ukrayna münaqişəsinin gələcək nizamlanmasının mümkün parametrlərini, ölkələr arasında münasibətlərin normallaşdırılmasını və Yaxın Şərqdə əməkdaşlığı müzakirə ediblər. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 aprel 2025, 16:04
Top