"Bu hadisədə ən azı Cinayət Məcəlləsinin 186-cı maddəsi ilə nəzərdə tutulan cinayət tərkibi var. Həmin maddənin adı "Əmlakı qəsdən məhv etmə və ya zədələmə"dir. Veriləcək cəza isə vurulan ziyanın məbləğinə bağlı olaraq dəyişir".
Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Əkrəm Həsənov deyib.
"Vətəndaşın evinin qanunsuz məhv edilməsində isə külli miqdarda ziyandan söhbət gedir. Buna görə də məsuliyyət daşıyan şəxslər 12 ilədək azadlıqdan məhrum edilə bilər. Biz belə hallarda başqa cinayətlərin olub, olmamasını bilmirik, çünki ancaq zahiri görüntüləri görə bilirik. Bəlkə də cinayətlər arasında vəzifədən sui-istifadə etmək və.s kimi hallar da var. Belə olan halda həmin cinayətlərin cəzası da üstünə əlavə olunacaq".
Qeyd edək ki, bir neçə gün öncə vətəndaş evdə olduğu halda mənzildə qanununsuz söküntü işi aparılıb.
Əfsanə Kamal
Demokrat.az