Martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonlarının Zərkənd, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazax və Xəznəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bununla bağlı politoloq Tofiq Abbasov Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, Ermənistan sülhdən danışsa da özünü ondan uzaqlaşdırır:
“Sərhəd bölgəsində Ermənistanın qeyri-qanuni, pozucu hərəkətlərini görürük. Diplomatik sahədə də Ermənistan nümayəndələri müxtəlif ölkələrdə çox anlaşılmayan, axmaq bəyanatlar verirlər. Guya onlar sülh tərəflardırlar, amma əslində erməni diplomatları özləri prosesləri həm ləngidir, həm də ağırlaşdırır. Bu yaxınlarda İsveçrədə parlamentlər səviyyəsində görüşlər oldu, Ermənistan nümayəndə heyəti Azərbaycanı tənqid atəşinə tutdular. Əslində, bu isveçrəlilərə heç də baş ucalığı gətirəcək bir vəziyyət deyildi. İsveçrənin beynəlxalq sistemdə özünə məxsus yeri var. Onlar daim sülhün yanında olublar. Bilirik ki, ermənilərin İsveçrədə çox böyük diaspor təşkilatları var. Ermənistanın, rəsmi İrəvanın, Paşinyanın əlində elə bir ixtiyar yoxdur ki, desin ki, bəli, biz sülhə hazırıq. Yəni, hələ ki, Ermənistandan etimad işartılarını görmürük. Biz söhbətə hazırıq, münasibətimizi də bildirmişik. Onlar böyük bir təm-təraqla bildirdilər ki, 16 və 17-ci bəndi də qəbul edirlər”.
Politoloq diqqətə çatdırıb ki, hələ də əsas məsələyə yaxınlaşmaq istəmirlər:
“Ona görə də Ermənistan indi özünəməxsus tərzdə yenə də vaxt udmağa çalışır. Sonra da boşluqları çox cəfəng motivlərlə dondurmağa cəhdlər göstərir. Elə başa düşürəm ki, bu proseslərin hamısının yükü artmaqdadır və o yük bilavasitə Ermənistanın üzərində düşür. Azərbaycan sülh məsələsində birmənalı olaraq hazırlıq nümayiş etdirir. Amma Ermənistan həm tərəddüdlərə qapılır, digər tərəfdən də kənar qüvvələr Ermənistanın əlindən tuturlar ki, bizə Cənubi Qafqazda gərginlik lazımdır. Fransa, Amerikanın bəzi dairələri, Avropa İttifaqı çalışırlar ki, Ermənistan vasitəsilə Cənubi Qafqazı nəzarətdə saxlasınlar. Bu proseslərin hamısında Ermənistan xaincəsinə davranır və göz görə-görə yalandan sülhpərvər olduğunu qələmə verir. Əslində istədikləri də çalışdıqları da ondan ibarətdir ki, Qərbin dediyi bölgədə ayaq tutub yerisin. Bu, çox böyük bir bağışlanmaz səhvdir. Çünki Qərb Ermənistana heç vaxt kömək etməyəcək. Qərb Ermənistana can yandırmır, Qərbin istədiyi odur ki, Ermənistanın ərazilərindən istifadə edib güclənsin və İran, Rusiya, Türkiyəyə qarşı lazım gələrsə, onlar öz təpkilərini etsinlər. Məsələ bundan ibarətdir və elə başa düşürəm ki, bu proseslərin hamısında da, uduzan bir tərəf olacaqsa da, bu, Ermənistandır”.
Leyla Turan
Demokrat.az