"Dünəndən aparıcılardan birinin efir zamanı səsləndirdiyi fikirlər gündəm olub. Zaman-zaman fərqli verilişlərdə bu cür adekvat olmayan fikirlər səsləndirilir. Məsələ hər dəfə gündəm olduqdan sonra unudulub gedir. İstənilən halda Azərbaycan ictimaiyyətinə qarşı normal olmayan fikir efirdən səsləndirilirsə, bunun qarşılığı olmalıdır".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.
O bildirib ki, Audiovizual Şura bu cür açıqlamalarla gündəmə gələn aparıcılarla bağlı ölçü götürməli, televiziya rəhbərlərinə xəbərdarlıq edilməlidir:
"Təkcə teleaparıcılar deyil, bir çox verilişlər Azərbaycan əxlaqına, mədəniyyətinə uyğun deyil. Verilişlərə cəmiyyətdə reputasiyası aşağı olan insanlar dəvət edilir, onların dili ilə hanısa məsələlər efirə gətirilir, ekspert qismində çıxış etmələrinə şərait yaradılır. Televiziya hər kəsin evinə qapını döymədən daxil olan vasitədir. Ona görə də televiziya aparıcıları etik davranışları, diksiyaları, məsələlərə baxış bucağı ilə nümunə olmalıdırlar. Əks halda belə neqativ hallar yaranır, cəmiyyətdə müzakirəyə çevrilir. Televiziya və aparıcılar reytinq dalınca qaçmamalıdırlar. Süni ailə münaqişələri ilə reytinq toplamaq heç kimə başucalığı gətirmir.
Qeyd edək ki, aparıcı Nigar Fərhad veriliş zamanı oğlu olarsa, atasız qızla evləndirməyəcəyi fikirlərini dilə gətirib.
Əfsanə Kamal
Demokrat.az