Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən Kənar Dairəvi yolda sıxlıq müşahidə edilir

GÜNDƏM 24 avqust 2025, 13:23
Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar bəzi sürücülərin hadisə yerinə baxması səbəbindən Kənar Dairəvi yolda nəqliyyat sıxlığı müşahidə edilir.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd edək ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir. Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 avqust 2025, 18:16
24 avqust 2025, 14:31
Top