Son günlər tanınmış bloger Aynişanın işlənmiş kosmetik məhsulları satması ətrafında narazılıq yaranıb. İlk baxışdan haqlı narazılıqdır, çünki kosmetika gigiyenik baxımdan ən həssas məhsullardan biridir, bu məhsullar şəxsi istifadə üçün nəzərdə tutulub. Dodaq boyası, tuş, tonal krem dəri və selikli qişa ilə təmasda olduğuna görə virus, bakteriya və göbələk xəstəliklərinin yayılması üçün əlverişli mühitdir.
Amma narazılığın böyüməsini görən bloger öz səhifəsində bunu belə izah edərək insanların narahatlığını anladığını bildirib:
“Dünəndən bəri paylaşımlarınızı görürəm və bəli, sizi başa düşürəm, haqlı olduğunuz məqamlar var. Ümumiyyətlə, bu vəziyyətə şərh vermək istəmirdim, amma gördüm ki, məsələ böyüyüb, ona görə yazmaq qərarına gəldim. Əlbəttə ki, işlənmiş kosmetikanı satmaq olmaz. Bu, gənc bir xanımın (asistentimin) diqqətsizliyi idi. Mən də onu vaxtında fərq etmədim. Fərq etdiyim anda isə dərhal dayandırdım. Nəticədə həmin məhsullar heç kimə satılmayıb. Rahat ola bilərsiniz”.
Lakin maraqlıdır ki, blogeri qınayan eyni ictimaiyyət ikili standart nümayiş etdirir: salonlarda vizajistlərin bir kosmetik məhsulu onlarla müştəriyə tətbiq etməsi, mağazalarda yüzlərlə insanın eyni tester məhsuldan istifadəsi heç eyni dərəcədə narazılıq doğurmur. Halbuki peşəkar vizajistlər hər müştəridən sonra fırçaları, süngərləri dezinfeksiya etməli, birdəfəlik vasitələrdən istifadə etməlidirlər. Amma əksər salonlarda müştərilər fırçaların və süngərlərin dezinfeksiya olunmadan təkrar-təkrar istifadə edildiyinin şahidi olurlar. Deməli, risk yalnız blogerin satışında deyil.
Bəs onda Aynişan niyə hədəf alınır?
Əvvəla insanlar hazırda sosial basqı altındadırlar: “çoxluq nə dedisə, mən də onu təkrarlayım”, düşüncəsi ilə yanaşırlar.
Digər tərəfdən blogerlər daim ictimai diqqət mərkəzində olduqları üçün onların hərəkətləri daha çox müzakirə mövzusuna çevrilir. Ümumiyyətlə, insanlar yaşaya bilmədiyi həyatın, gerçəkləşdirə bilmədiyi arzuların tanınmış adamlar tərəfindən yaşandığını görəndə aqressiyanı başqa qınaqlarla çıxarırlar. Amma o da bir həqiqətdir ki, tanınmış adamların işlənmiş əşyalarını almaq üçün təəssüf ki, növbə gözləyən qadınlar da var. (Bizim. Media)