“Sədərək”də yanğın davam edir

GÜNDƏM 24 avqust 2025, 23:23

“Sədərək” Ticarət Mərkəzində bu gün günorta saatlarından başlayan yanğın hələ də davam edir. 

 “Qafqazinfo”  xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbələrdə yayılıb.

Həmin videodan ətrafa alov və tüstü yayıldığı görünür. 

Qeyd edək ki, bir neçə saat öncə FHN  yanğının söndürülməsi, eyni zamanda yaxınlıqdakı obyektlərə yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər gördüyünü açıqlamışdı. 

Yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in 30-a yaxın xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top