"Supertoys"dan yanğınla bağlı AÇIQLAMA

GÜNDƏM 24 avqust 2025, 23:50
"Supertoys" MMC KİV-də yayılan məlumatlara rəsmi aydınlıq gətirib.

Demokrat.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, bu gün yanğın baş verən ərazidə "Supertoys" MMC-nin anbarından əlavə 10-a yaxın digər şirkətə məxsus anbarlar fəaliyyət göstərirdi.

Məlumatda bildirilir ki, yanğın digər anbardan başlayıb və "Supertoys" anbarı da zərərçəkənlər arasında olub.

"Hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Yaxın zamanda yanğının baş vermə səbəbi dəqiq açıqlanacaq və hüquqi rəy veriləcək. "Supertoys" mağazalar şəbəkəsi əvvəlki qaydada fəaliyyətini davam etdirir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top