Naxçıvanda 34 yaşlı kişi qonşusu ilə dalaşdı, arvadına xəsarət yetirdi

KRİMİNAL 28 mart 2025, 16:46
Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda 1991-ci il təvəllüdlü Ayxan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qonşusu Nüşabəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sədərək rayonun kəndlərindən birində baş verib. Ayxan kənd ərazisində qonşusu Kazım ilə aralarında əkin suvarmaqla bağlı mübahisə yaranıb. 

Yaranmış mübahisə zamanı əl və ayaqları ilə Kazımın arvadı Nüşabəni vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Ayxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ayxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, kənd ərazisində qonşusu Kazım ilə aralarında əkin suvarmaqla bağlı yaranmış mübahisə zamanı onun həyat yoldaşı Nüşabəni itələyərək ona müxtəlif bədən xəsarətləri yetirib: “Mən əməlimdən səmimi peşman olmuşam. Nüşabədən dönə-dönə üzr istəmişəm. Nüşabə ilə barışmışam”. 

Bu cinayət işinə Sədərək Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasının, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasının nəzərə alıb. Bu səbəbdən Ayxanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
31 mart 2025, 10:44
31 mart 2025, 10:30
31 mart 2025, 09:52
Top