9 illik həbs edilən şöbə rəisinə cüzi güzəşt edildi

HADİSƏ 27 mart 2025, 22:05
Ədliyyə Nazirliyinin külli miqdarda rüşvət alma və nüfuz alveri cinayətləri ilə bağlı 9 il həbsə məhkum edilmiş sabiq şöbə rəisi Elşən Quliyevin hökmü dəyişdirilib.

“Qafqazinfo”nun məlumatına görə, Gəncə Apellyasiya Məhkəməsi müdafiə tərəfinin şikayəti əsasında belə qərar qəbul edib.

Yeni qərarla ona cüzi güzəşt edilib. E.Quliyevin cəzası 9 ildən 8 il 6 aya endirilib.

Qeyd edək ki, keçmiş ədliyyə işçisi ayrı-ayrı şəxslərin ad və soyadını dəyişdirilməklə doğum haqqında yeni şəhadətnamənin verilməsi müqabilində 4 min manat rüşvət alıb. Bundan başqa o, həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək barəsində ibtidai istintaq aparılan təqsirləndirilən şəxsin digər dövlət qurumları tərəfindən ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi müqabilində 8 min manat almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top