
15:48
"Martın 27-də saat 11:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, Alatava ərazisindən müraciət daxil olub".
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən bir nəfərə (qadın cinsli) stresə qarşı kəskin reaksiya diaqnozu ilə tibbi xidmət göstərilib.
15:04
Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkət sakinlər evdə olduğu halda tikilinin bir hissəsini dağıdıb.
Demokrat.az xəbər verir ki, bu barədə görüntülər yayılıb. Sözügedən sakinlərin şirkətin təklif etdiyi ödənişlə razılaşmadıqları iddia olunur.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin xilasediciləri əraziyə cəlb ediliblər.
"Əməliyyat şəraiti qiymətləndirilərkən dağıntı altında qalanın olmadığı müəyyən edilib", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb. Sosial şəbəkədə yayılan xəbərə görə, söküntü işləri "Melissa Park" Tikinti Şirkəti tərəfindən aparılır.