Lukaşenko and içdi və işə başladı

DÜNYA 25 mart 2025, 13:49
Yanvarın 26-da keçirilən seçkilərdə yeddinci müddətə Belarus prezidenti seçilən Aleksandr Lukaşenko rəsmən səlahiyyətlərinin icrasına başlayıb.

Demokrat.az xəbər verir ki, andiçmə mərasimi Minskdə “Müstəqillik Sarayı”nda keçirilir.

Ölkənin yüksək səviyyəli rəsmilərinin, habelə andiçmə mərasiminə dəvət olunmuş çoxsaylı qonaqların iştirakı ilə Lukaşenko and içib.

Bundan sonra dövlət başçısı andiçmə aktını imzalayıb. Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko Lukaşenkoya prezident şəhadətnaməsi təqdim edib.

"Bu qələbə təkcə mənim deyil - prezidentin, həm də milyonlarla belarusumuzun qələbəsidir. Yanvarın 26-da biz daha bir tarixi yol ayrıcını keçdik.

Bu gün biz hamımız Vətənə sədaqətlə xidmət etməyə and içmişik və heç kimə imkan verməyəcəyik ki, tarixdə – bizim və sələflərimizin yaradıcı izlərini silsin ", - deyə Lukaşenko bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top