Ermənistan Azərbaycanla dialoqu davam etdirməyə hazırdır — Mirzoyan

DÜNYA 25 mart 2025, 16:55
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanın sülh sazişinin imzalanması üçün Azərbaycanla dialoqu davam etdirməyə hazır olduğunu bildirib.

Demokrat.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə A.Mirzoyan iranlı həmkarı Abbas Əraqçi ilə keçirdiyi brifinqdə bildirib.

A.Mirzoyan vurğulayıb ki, uzunmüddətli sülhün təmin edilməsi üçün qarşılıqlı məqbul həllərin tapılması ilə bağlı işi davam etdirmək, danışıqlar aparmaq lazımdır.

"Bunun alternativi sadəcə yoxdur", - XİN başçısı bildirib.

O əlavə edib ki, İrəvan Bakı ilə sülh sazişini mümkün qədər tez imzalamağa hazırdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top