Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması prosesi dalana dirənməyib.
Demokrat.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
"Prosesin dalana dirəndiyini düşünmürəm. Ola bilsin ki, bizim saziş imzalamaq təklifimiz Azərbaycan tərəfi üçün bir qədər gözlənilməz olub", - o qeyd edib.
A.Simonyanın sözlərinə görə, hər iki ölkənin öz taleyini müstəqil həll etmək üçün kifayət qədər gücü var.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi martın 13-də Ermənistanla sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığı qeyd olunub.